Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "4P marketinq" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "4P marketinq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 30-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən klassik marketinqin 4P modeli – məhsul (Product), qiymət (Price), satış yeri (Place) və təşviqat (Promotion) anlayışları, onların biznes strategiyasında rolu və qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə məhsul strategiyasının formalaşdırılması, qiymətqoyma üsulları, satış kanallarının seçimi, reklam və kommunikasiya fəaliyyətlərinin planlaşdırılması, həmçinin 4P modelinin müasir marketinqdə tətbiqi nümunələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...