Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən korrupsiya anlayışı, onun sosial-iqtisadi nəticələri, korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, şəffaflıq və hesabatlılığın təmin olunması mexanizmləri, etik davranış normaları və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə dövlət və özəl sektorda antikorrupsiya standartları, korrupsiya risklərinin qiymətləndirilməsi, biznes etikasının gücləndirilməsi, etik kodekslərin tətbiqi və korrupsiyanın qarşısının alınmasında vətəndaş məsuliyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...