Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aqrar sahədə yaşıl inkişaf" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aqrar sahədə yaşıl inkişaf" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 5-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı praktikaları, resurslardan səmərəli istifadə, ətraf mühitin qorunması və kənd təsərrüfatında innovativ yaşıl texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə yaşıl inkişafın aqrar sahəyə inteqrasiyası, davamlı məhsuldarlığın artırılması, tullantıların azaldılması və ekoloji təsirin qiymətləndirilməsi üzrə strategiyalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...