Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Azərbaycanda yaşıl büdcə" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Azərbaycanda yaşıl büdcə" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 5-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yaşıl büdcənin mahiyyəti, ekoloji məqsədlərə yönəlmiş büdcə planlaması, dövlət siyasətlərində yaşıl maliyyələşmənin rolu, ekoloji təsirlərin qiymətləndirilməsi və yaşıl iqtisadiyyata keçiddə büdcə mexanizmlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə yaşıl layihələrin maliyyələşdirilməsi, karbon emissiyalarının azaldılması üçün büdcə stimulları, ekoloji vergi və subsidiyalar, dövlət və özəl sektor əməkdaşlığı imkanları və beynəlxalq yaşıl büdcə modellərindən praktiki nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...