Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazarın ələ keçirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazarın ələ keçirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən bazar payının artırılması strategiyaları, rəqiblərin təhlili, fərqləndirmə və mövqeləndirmə prinsipləri, innovativ satış və marketinq yanaşmaları, həmçinin rəqəmsal kanallar vasitəsilə bazara çıxış üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə müştəri bazasının genişləndirilməsi, dəyərlərə əsaslanan brend quruculuğu, məhsul və xidmətin rəqabət üstünlüyünün formalaşdırılması, bazar trendlərinin izlənməsi və davamlı inkişaf üçün strategiyaların hazırlanması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...