Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes layihələrdə sosial məsuliyyət" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes layihələrdə sosial məsuliyyət" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sosial məsuliyyətin mahiyyəti, biznes layihələrdə KSM prinsiplərinin tətbiqi, maraqlı tərəflərlə münasibətlərin idarə olunması, etik davranış normaları və müasir sosial məsuliyyət trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə sosial layihələrin biznes imicinə təsiri, icmalarla əməkdaşlıq, ekoloji və sosial təşəbbüslərin həyata keçirilməsi, şəffaflıq və hesabatlılıq, davamlı inkişaf məqsədlərinin biznes layihələrə inteqrasiyası ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...