Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes modelinin qurulması və məlumatların qiymətləndirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes modelinin qurulması və məlumatların qiymətləndirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 19-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən biznes modelinin mahiyyəti, model elementlərinin müəyyənləşdirilməsi, dəyər təklifinin formalaşdırılması, məqsədli auditoriyanın təhlili, əsas resurs və tərəfdaşlıqların qiymətləndirilməsi və biznes modelinin dayanıqlılığının ölçülməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə bazar məlumatlarının toplanması və təhlili, rəqəmsal və ənənəvi analiz alətlərindən istifadə, risk və imkanların qiymətləndirilməsi, qərarvermə prosesində məlumatların düzgün tətbiqi və real biznes nümunələri üzrə praktiki təhlillər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...