Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə dəyərlər və maraqlar" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə dəyərlər və maraqlar" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 25-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən biznesdə etik dəyərlərin rolu, maraqların balanslaşdırılması, sosial və iqtisadi məsuliyyətin təmin olunması, dəyərlərin korporativ mədəniyyətə təsiri və müasir biznes yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə işgüzar münasibətlərdə dəyərlərin qorunması, maraqların toqquşmasının idarə olunması, şəffaflıq və etibarın biznes uğurundakı rolu, komanda və müştəri münasibətlərində etik davranış prinsipləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...