Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə məlumat əsaslı qərarvermə" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə məlumat əsaslı qərarvermə" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 23-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən məlumat əsaslı qərarvermənin mahiyyəti, biznesdə analitikanın rolu, böyük verilənlərin istifadəsi, göstəricilərə əsaslanan idarəetmə və müasir qərarvermə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə biznes analitika alətləri, məlumatların toplanması və təhlili, proqnozlaşdırma üsulları, rəqəmsal platformaların qərarverməyə təsiri və məlumat əsaslı strategiyaların formalaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...