Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə risklər" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə risklər" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 10-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən biznes risklərinin növləri, risklərin idarə edilməsi prinsipləri, potensial təhdidlərin müəyyənləşdirilməsi, maliyyə və əməliyyat risklərinin azaldılması strategiyaları və müasir risk menecment yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə risklərin qiymətləndirilməsi metodları, sığorta və ehtiyat planlaması, qərarvermə prosesində risk analizi, qeyri-müəyyənlik şəraitində idarəetmə və sahibkarlar üçün risklərin minimuma endirilməsi yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...