Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Çevik idarəetmə prinsipləri və real iş mühitində tətbiqi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Çevik idarəetmə prinsipləri və real iş mühitində tətbiqi" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 1-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən çevik (agile) idarəetmənin mahiyyəti, komanda strukturunda elastiklik, sürətli qərarvermə mexanizmləri, Scrum və Kanban kimi çevik metodologiyaların əsasları və dəyişən iş şəraitinə adaptasiya prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə çevik idarəetmənin layihələrin icrasına təsiri, sprint planlaması, backlog idarəetməsi, komanda daxilində şəffaflığın artırılması, effektiv ünsiyyət və real iş mühitində çevik yanaşmaların tətbiqinə dair praktiki nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...