• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "CRM sistemlərində süni intellekt" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "CRM sistemlərində süni intellekt" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 4-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən CRM sistemlərinin mahiyyəti, müştəri məlumatlarının idarə olunması, süni intellektin CRM proseslərinə inteqrasiyası, AI əsaslı avtomatlaşdırmanın satış və müştəri xidmətinə təsiri və personalizasiya imkanlarının genişləndirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə proqnozlaşdırıcı analitika, müştəri davranışlarının AI vasitəsilə təhlili, avtomatik segmentləşdirmə, chatbot və digər AI əsaslı alətlərin CRM-lə inteqrasiyası, eləcə də real biznes nümunələri üzərində praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...