Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Data analitikası" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Data analitikası" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 20-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən data analitikasının mahiyyəti, məlumatların toplanması və emalı, analitik alətlərin seçilməsi, məlumatlara əsaslanan qərarvermə, biznes proseslərinin optimallaşdırılmasında analitikanın rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə vizuallaşdırma alətlərindən istifadə, məlumatların təhlili metodları, əsas göstəricilərin (KPI) müəyyənləşdirilməsi, data əsaslı strategiyaların qurulması və real nümunələr üzərindən analitik təcrübələrin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...