• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ekoiqtisadi tənzimləmə alətləri" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ekoiqtisadi tənzimləmə alətləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən ekoiqtisadi tənzimləmənin mahiyyəti, ətraf mühitin qorunmasına yönəlmiş iqtisadi alətlər, karbon emissiyalarının azaldılması mexanizmləri, ekoloji vergi və subsidiyaların rolu, eləcə də yaşıl iqtisadiyyatın təşviqi yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə tullantı idarəetmə modelləri, resursların səmərəli istifadəsi, təmiz istehsal prinsipləri, ekoloji risklərin azaldılması, bazar əsaslı ekoloji tənzimləmə vasitələri və beynəlxalq ekostandartların tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...