Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Elektron Banking" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Elektron Banking" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 2-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən elektron bank xidmətlərinin mahiyyəti, rəqəmsal ödəniş sistemlərinin üstünlükləri, onlayn əməliyyatların təhlükəsizliyi, müasir bank texnologiyaları və elektron maliyyə idarəçiliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə internet və mobil bankçılıq imkanları, elektron imza və autentifikasiya sistemləri, bizneslər üçün elektron ödəniş həlləri, tranzaksiya idarəetməsi və rəqəmsal bank xidmətlərində trendlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...