Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Elektron ticarət və elektron təchizatda optimallaşdırma" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Elektron ticarət və elektron təchizatda optimallaşdırma" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən elektron ticarətin prinsipləri, onlayn satış platformalarının idarə edilməsi, elektron təchizat sistemlərinin üstünlükləri, rəqəmsal həllərin biznes proseslərinə inteqrasiyası və optimallaşdırma strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə elektron sifariş və ödəniş sistemləri, məlumat təhlükəsizliyi, logistika inteqrasiyası, müştəri təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal alətlərin xərclərin azaldılmasındakı rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...