Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Enerji səmərəliliyinin artırılması istiqamətləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Enerji səmərəliliyinin artırılması istiqamətləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən enerji səmərəliliyinin mahiyyəti, enerji itkilərinin azaldılması, müəssisələrdə enerji istehlakının optimallaşdırılması, resurslardan qənaətli istifadə və yaşıl enerji həllərinin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə enerji auditi, istilik və elektrik səmərəliliyinin artırılması, alternativ enerji mənbələrinin tətbiqi, enerji xərclərinin azaldılması üçün texniki və idarəetmə üsulları, həmçinin real sənaye nümunələrinin təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...