• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Freelance iqtisadiyyat" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Freelance iqtisadiyyat" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 9-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən freelance iqtisadiyyatın mahiyyəti, sərbəst əmək bazarının inkişaf istiqamətləri, rəqəmsal mühitdə gəlir qazanma imkanları, onlayn əmək platformaları və yeni iş modelləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə freelancer kimi fəaliyyətin hüquqi və maliyyə tərəfləri, şəxsi brendin formalaşdırılması, vaxt və layihə idarəetməsi, müştəri əlaqələrinin qurulması və beynəlxalq bazarlarda rəqabət üstünlükləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...