• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hüquqi şəxslərin təşkilati-hüquqi formaları (MMC, ASC, QSC və s.)" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hüquqi şəxslərin təşkilati-hüquqi formaları (MMC, ASC, QSC və s.)" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 14-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən hüquqi şəxslərin təşkilati-hüquqi formalarının mahiyyəti, MMC, ASC, QSC və digər formalar arasında əsas fərqlər, idarəetmə strukturları, iştirakçıların hüquq və öhdəlikləri, eləcə də hüquqi tənzimləmə prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə biznes üçün optimal hüquqi formanı seçmə meyarları, nizamnamə kapitalı və məsuliyyət məsələləri, dövlət qeydiyyatı prosedurları, korporativ idarəetmə tələbləri və şəffaf fəaliyyət prinsipləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...