Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İqtisadi artımda ekologiya" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İqtisadi artımda ekologiya" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən ekologiyanın iqtisadi artıma təsiri, dayanıqlı inkişaf prinsipləri, resurslardan səmərəli istifadə, yaşıl iqtisadiyyatın əhəmiyyəti və ekoloji siyasətlərin biznes mühitinə təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə ətraf mühitin mühafizəsi tədbirləri, müəssisələrdə ekoloji idarəetmə sistemləri, karbon emissiyalarının azaldılması, tullantıların idarə olunması və ekoloji məsuliyyətin artırılması üçün tətbiq edilən alətlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...