• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İşgüzar danışıqlar" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İşgüzar danışıqlar" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 10-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən işgüzar danışıqların mahiyyəti, effektiv ünsiyyətin prinsipləri, qarşılıqlı etimadın yaradılması, arqumentasiya və inandırma bacarıqları, eləcə də danışıqlarda etik davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə danışıqlara hazırlıq mərhələsi, qarşı tərəfin mövqeyinin təhlili, kompromis və razılaşma texnikaları, çətin danışıqların idarə olunması və uğurlu nəticəyə nail olma strategiyaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...