Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İşgüzar ünsiyyətin təşkili" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İşgüzar ünsiyyətin təşkili" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 12-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən işgüzar ünsiyyətin mahiyyəti, düzgün kommunikasiya üsulları, səmərəli dinləmə bacarıqları, iş mühitində qarşılıqlı anlaşmanın qurulması və peşəkar davranış standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə mətbəx ünsiyyəti, yazılı və şifahi ünsiyyətdə səlis ifadə, toplantıların effektiv idarə olunması, konfliktlərin ünsiyyət vasitəsilə həlli və komanda daxilində sağlam ünsiyyət mühitinin formalaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...