Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Karyeranın idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Karyeranın idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 14-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən karyera planlaşdırmasının əhəmiyyəti, şəxsi və peşəkar inkişaf strategiyaları, məqsəd və prioritetlərin müəyyənləşdirilməsi, motivasiyanın qorunması və müasir əmək bazarının tələbləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə karyera yolunun mərhələləri, özünüqiymətləndirmə bacarıqları, peşəkar brendin formalaşdırılması, dəyişən iş mühitində adaptasiya və uzunmüddətli uğurun təmin olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...