Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd təsərrüfatında yaşıl iqtisadiyyatın əhəmiyyətliliyi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd təsərrüfatında yaşıl iqtisadiyyatın əhəmiyyətliliyi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 25-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın kənd təsərrüfatında rolu, ekoloji dayanıqlığın təmin olunması, resursların səmərəli istifadəsi, alternativ enerji və müasir aqrar iqtisadiyyat trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə ekoloji məsuliyyətli istehsal metodları, tullantıların azaldılması, təbii resursların qorunması, kənd təsərrüfatında innovativ yanaşmalar və regionlarda yaşıl iqtisadiyyat imkanları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...