Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd turizmində yaşıl enerjinin tətbiqi imkanları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd turizmində yaşıl enerjinin tətbiqi imkanları" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən kənd turizmində alternativ enerji mənbələrinin rolu, bərpa olunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması, ekoloji cəhətdən təmiz turizm xidmətləri və müasir yaşıl enerji trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə günəş və külək enerjisi imkanları, bioenerji və digər alternativ mənbələrin istifadəsi, kənd turizmində dayanıqlığın təmin edilməsi, ekoloji məsuliyyətli yanaşmalar və yaşıl iqtisadiyyatla inteqrasiya ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...