• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kəndlərdə və həyətyanı ərazilərdə bioqaz istehsalı və istifadə imkanları" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kəndlərdə və həyətyanı ərazilərdə bioqaz istehsalı və istifadə imkanları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 8-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən bioqaz texnologiyalarının mahiyyəti, kənd təsərrüfatı tullantılarından enerji istehsalı, alternativ enerji mənbələrinin əhəmiyyəti, ekoloji faydalar və dayanıqlı enerji idarəetməsi prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə bioqaz qurğularının işləmə mexanizmi, kiçik təsərrüfatlarda tətbiq imkanları, enerji xərclərinin azaldılması, ekoloji təsirlərin minimuma endirilməsi və bioenerji sahəsində innovativ həllər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...