Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kiçik biznes üçün maliyyə strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kiçik biznes üçün maliyyə strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən kiçik bizneslərin maliyyə idarəetməsinin əsasları, büdcələşdirmə prosesləri, nağd pul axınının balanslaşdırılması, xərclərin optimallaşdırılması və maliyyə dayanıqlığının artırılması üçün tətbiq olunan əsas strategiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə risklərin idarə olunması, investisiya qərarlarının verilməsi, borclanma və kapitalın strukturlaşdırılması, gəlirliliyin artırılması üçün analitik alətlər və real praktiki nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...