• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kiçik və orta sahibkarlıqda maliyyə əməliyyatları zamanı onlayn ödəniş sistemlərinin üstünlükləri və riskləri" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kiçik və orta sahibkarlıqda maliyyə əməliyyatları zamanı onlayn ödəniş sistemlərinin üstünlükləri və riskləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən onlayn ödəniş sistemlərinin mahiyyəti, rəqəmsal ödəniş infrastrukturunun biznes proseslərinə təsiri, ödənişlərin sürət və rahatlıq baxımından üstünlükləri, eləcə də təhlükəsizlik riskləri və onların idarə olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə müxtəlif rəqəmsal ödəniş platformalarının müqayisəsi, kibertəhlükəsizlik tədbirləri, saxtakarlıq risklərinin qarşısının alınması, müştəri məlumatlarının qorunması, onlayn ödənişlərin biznes səmərəliliyinə təsiri və real iş nümunələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...