Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda ilə işləmək bacarığı" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda ilə işləmək bacarığı" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən komanda işinin əsas prinsipləri, effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları, rol bölgüsünün düzgün aparılması, birgə qərarvermə və qarşılıqlı məsuliyyətin təşkili barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə komanda daxilində etimadın yaradılması, münasibətlərin idarə olunması, konfliktlərin həlli, motivasiyanın artırılması və komandanın performansını yüksəltmək üçün tətbiq olunan praktiki üsullar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...