Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kommunikasiya və maraqlı tərəflərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kommunikasiya və maraqlı tərəflərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 19-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən kommunikasiyanın mahiyyəti, maraqlı tərəflərlə effektiv ünsiyyətin qurulması, informasiya axınının idarə olunması, münasibətlərin gücləndirilməsi və müasir idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə maraqlı tərəflərin müəyyənləşdirilməsi, onların gözləntilərinin təhlili, kommunikasiya planının hazırlanması, münaqişə risklərinin azaldılması və dayanıqlı əməkdaşlığın qurulması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...