Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquqda 'Uyğunluq və etika kodeksləri'nin anti-korrupsiya baxımından əhəmiyyəti, sədaqət müqavilələri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquqda 'Uyğunluq və etika kodeksləri'nin anti-korrupsiya baxımından əhəmiyyəti, sədaqət müqavilələri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən uyğunluq (compliance) standartlarının mahiyyəti, korporativ etika kodekslərinin qurulması, korrupsiya risklərinin azaldılması, şəffaf idarəetmə mexanizmləri, həmçinin sədaqət müqavilələrinin hüquqi əhəmiyyəti və təşkilati davranışa təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə etik qaydaların tətbiqi, daxili nəzarət sistemləri, pozuntuların qarşısının alınması mexanizmləri, korrupsiyaya qarşı preventiv tədbirlər, məsuliyyət və hesabatlılıq prinsipləri, beynəlxalq uyğunluq standartlarının biznes strukturlarında tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...