Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüququn anlayışı və prinsipləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüququn anlayışı və prinsipləri" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən korporativ hüququn mahiyyəti, hüquqi tənzimləmənin əsas prinsipləri, korporativ idarəetmənin formaları, iştirakçıların hüquq və vəzifələri, eləcə də şəffaf idarəetmənin təmin olunması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə korporativ münasibətlərin formalaşdırılması, idarəetmə orqanlarının səlahiyyətləri, hüquqi məsuliyyət və nəzarət mexanizmləri, korporativ mübahisələrin həlli və etik prinsiplərin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...