• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ idarəetmədə şəffaflıq və korrupsiya risklərinin qarşısının alınması" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ idarəetmədə şəffaflıq və korrupsiya risklərinin qarşısının alınması" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 14-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən korporativ idarəetmədə şəffaflığın əhəmiyyəti, hesabatlılıq prinsipləri, qərarvermə proseslərində açıq yanaşmalar, korrupsiya risklərinin yaranma səbəbləri və onların idarə edilməsində institusional mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə daxili nəzarət sistemlərinin qurulması, risk xəritələrinin hazırlanması, etik davranış kodeksləri, korrupsiya ilə bağlı potensial hallar üçün xəbərdarlıq mexanizmləri, münaqişə vəziyyətlərində düzgün idarəetmə və beynəlxalq korporativ idarəetmə standartları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...