Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kreditlərdən səmərəli istifadənin faydaları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kreditlərdən səmərəli istifadənin faydaları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 2-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən kreditlərin biznes inkişafında rolu, maliyyə resurslarının düzgün idarə olunması, borclanma strategiyaları, ödəmə qabiliyyətinin qorunması və kredit risklərinin azaldılması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə kredit növləri və şərtləri, investisiya məqsədli borclanma, maliyyə planlaşdırılması, gəlir və xərclərin balanslaşdırılması, kreditlərin səmərəli istifadəsinin uzunmüddətli faydaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...