Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə büdcəsinin planlaması və xərclərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə büdcəsinin planlaması və xərclərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 15-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihə büdcəsinin hazırlanması prinsipləri, maliyyə resurslarının düzgün bölgüsü, xərclərin planlaşdırılması və nəzarət mexanizmləri, büdcə risklərinin azaldılması və maliyyə dayanıqlığının təmin olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə büdcə proqnozlaşdırılması, layihə mərhələlərində xərclərin izlənməsi, səmərəlilik analizi, maliyyə hesabatlarının tərtibi və layihə idarəetməsində şəffaflığın artırılması yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...