Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə məqsədlərinin seçilməsi və məlumatların təhlili strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə məqsədlərinin seçilməsi və məlumatların təhlili strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 13-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihə məqsədlərinin düzgün müəyyənləşdirilməsi, nəticəyönümlü planlaşdırma prinsipləri, məlumatların toplanması və təhlili üsulları, qərarvermə prosesində analitik yanaşmalar və layihə effektivliyinin ölçülməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə məlumat mənbələrinin seçilməsi, keyfiyyət və kəmiyyət göstəricilərinin analizi, layihə performans göstəricilərinin formalaşdırılması, risklərin məlumat əsaslı idarə olunması və müasir analitika alətlərindən istifadə ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...