Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə komanda işi və motivasiya" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə komanda işi və motivasiya" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 17-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən komanda işinin layihənin uğurunda rolu, effektiv əməkdaşlıq üçün kommunikasiya prinsipləri, komanda rollarının düzgün bölgüsü, motivasiya amilləri və sağlam iş mühitinin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə komanda daxilində qarşılıqlı etimadın yaradılması, motivasiya strategiyalarının seçilməsi, liderliyin təsiri, qarşıya qoyulan məqsədlərin komandaya uyğun paylanması və real layihə nümunələri üzərində komanda dinamikasının təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...