Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə resurs planlaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə resurs planlaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 13-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihə resurslarının növləri, resurs ehtiyaclarının müəyyənləşdirilməsi, iş yükünün bölüşdürülməsi, material, maliyyə və insan resurslarının effektiv idarə olunması və layihə müddətinə təsir edən amillər barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə resurs planı və qrafiklərinin hazırlanması, kritik resursların təhlili, resurs çatışmazlığının aradan qaldırılması, resurs optimallaşdırma metodları və real layihə nümunələri əsasında praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...