Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə risklərə uyğunlaşma" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə risklərə uyğunlaşma" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 20-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihələrdə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir dəyərləndirilməsi, dəyişən şəraitə uyğunlaşma metodları, risklərin layihə planlarına inteqrasiyası və çevik idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə alternativ ssenarilərin hazırlanması, risklərin monitorinqi, cavab strategiyalarının seçilməsi, resursların yenidən bölüşdürülməsi, risk eskalasiyası və real layihə nümunələri əsasında uyğunlaşma təcrübələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...