Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihələrin ekoloji prioritetləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihələrin ekoloji prioritetləri" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən ekoloji prioritetlərin mahiyyəti, layihə idarəçiliyində ekoloji yanaşmalar, dayanıqlı inkişaf prinsipləri, təbii resursların qorunması və müasir ekoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə layihələrin ekoloji risklərinin qiymətləndirilməsi, ətraf mühitə təsirin azaldılması yolları, yaşıl texnologiyaların tətbiqi, ekoloji məsuliyyətin biznes fəaliyyətinə inteqrasiyası və davamlı inkişaf məqsədləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...