• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihələrin qurulması və həyata keçirilməsində tərəfdaşlıq əlaqələrinin rolu" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihələrin qurulması və həyata keçirilməsində tərəfdaşlıq əlaqələrinin rolu" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 8-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihələrin planlaşdırılması və icrasında tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti, dövlət, özəl və ictimai sektorlar arasında əməkdaşlıq formaları, resursların bölüşdürülməsi və birgə məsuliyyət prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 iştirakçıların olduğu təlimdə müxtəlif tərəfdaşların layihə məqsədlərinə töhfəsi, effektiv kommunikasiya və koordinasiya üsulları, uzunmüddətli əməkdaşlığın qurulması, tərəfdaş seçimi meyarları və beynəlxalq təcrübədən nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...