Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 19-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihə idarəçiliyinin mərhələləri, ideyadan yekunlaşdırmaya qədər proseslərin idarə olunması, planlaşdırma və icra mexanizmləri, risklərin nəzərə alınması və müasir layihə idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə layihənin başlanğıc mərhələsi, həyata keçirilmə və monitorinq prosesi, nəticələrin qiymətləndirilməsi, davamlılığın təmin edilməsi və layihələrin biznes strategiyası ilə uyğunlaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...