Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 12-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihənin başlanğıc mərhələsi, planlaşdırma, icra, monitorinq-nəzarət və başa çatdırılma mərhələləri, hər mərhələnin idarəetmə prinsipləri və layihə komandasının rol paylanması barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə layihə məqsədlərinin formalaşdırılması, iş bölgüsü strukturunun hazırlanması, risklərin idarə edilməsi, büdcə nəzarəti, zaman cədvəlinin tərtibi və layihə nəticələrinin qiymətləndirilməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...