Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyata keçirilməsində qarşıya çıxan risklər, risklərin həlli metodları və risklərin idarə olunmasında komanda quruculuğu" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyata keçirilməsində qarşıya çıxan risklər, risklərin həlli metodları və risklərin idarə olunmasında komanda quruculuğu" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 17-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən layihələrin icrası zamanı yaranan əsas risk növləri, bu risklərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin azaldılması strategiyaları və effektiv idarəetmə üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə risklərin həlli üçün komanda əməkdaşlığının rolu, komanda daxilində məsuliyyət bölgüsü, kommunikasiya və qərarvermə mexanizmləri, həmçinin layihə risklərinin idarə olunmasında liderliyin əhəmiyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...