Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə riskləri və onların idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə riskləri və onların idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 29-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən maliyyə risklərinin növləri, risklərin yaranma səbəbləri, onların biznesin dayanıqlığına təsiri, risklərin qiymətləndirilməsi metodları və idarəetmə strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə valyuta, likvidlik, faiz və kredit risklərinin idarə olunması, sığorta mexanizmləri, risklərin azaldılması üzrə qabaqlayıcı tədbirlər və maliyyə qərarlarının optimallaşdırılması yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...