Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə və yaşıl qərarvermə" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə və yaşıl qərarvermə" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yaşıl maliyyə anlayışı, davamlı investisiya qərarlarının əhəmiyyəti, ekoloji amillərin maliyyə idarəetməsində nəzərə alınması, resursların səmərəli istifadəsi və yaşıl iqtisadiyyat prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə maliyyə planlaşdırılmasında ekoloji məsuliyyətin tətbiqi, yaşıl layihələrin maliyyələşdirilməsi, enerji səmərəliliyi yatırımları, ESG meyarları və biznesdə dayanıqlı qərarvermə modelləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...