Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyənin tənzimlənməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyənin tənzimlənməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən maliyyə sisteminin tənzimlənməsi prinsipləri, dövlətin və maliyyə institutlarının rolu, pul dövriyyəsinin idarə olunması, maliyyə sabitliyinin qorunması və müasir iqtisadi mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə vergi və fiskal siyasətin təsiri, maliyyə bazarlarının tənzimlənməsi, bank nəzarətinin əsasları, risklərin minimuma endirilməsi və səmərəli maliyyə idarəetməsi üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...