Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketing kanallarının əhəmiyyəti" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketing kanallarının əhəmiyyəti" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən marketinq kanallarının biznesdə rolu, distribusiya strategiyalarının seçilməsi, məhsul və xidmətlərin müştəriyə doğru və səmərəli çatdırılması, çoxkanallı (omni-channel) yanaşmanın üstünlükləri və rəqəmsal kanalların təsir gücü barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə satış və marketinq kanallarının sinxronlaşdırılması, hədəf auditoriyanın düzgün seçilməsi, kanallar üzrə performansın ölçülməsi, partnyor şəbəkələrinin yaradılması və effektiv kanal idarəetməsi üzrə praktiki tövsiyələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...