Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqdə psixologiya" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqdə psixologiya" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 13-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən istehlakçı davranışının mahiyyəti, marketinqdə psixoloji faktorların rolu, müştəri qərarverməsinə təsir edən əsas mexanizmlər, emosional brendinq və müasir marketinq yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 12 nəfər iştirakçının olduğu təlimdə istehlakçı psixologiyasının satışa təsiri, reklam və vizual elementlərin qəbul prosesində rolu, motivasiya və ehtiyacların marketinqdə istifadəsi, müştəri loyallığının formalaşdırılması və rəqabət mühitində psixoloji yanaşmalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...