Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulu bazara necə təqdim etməli" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulu bazara necə təqdim etməli" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 22-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən məhsulun bazara çıxarılma strategiyaları, hədəf auditoriyanın seçilməsi, qiymətqoyma və mövqeləndirmə prinsipləri, satış kanallarının müəyyənləşdirilməsi və bazar analizinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə məhsulun rəqəmsal təqdimatı, fərqləndirmə strategiyaları, reklam və PR fəaliyyətlərinin planlaşdırılması, brend tanıtımının təşkili və müştəriyə dəyər yaratma üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...